12 İyun 10:27
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa ili” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Teleqraf.com xəbər verir ki, milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur.

Yarışın rəsmi mükafatı həmçinin, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Qeyd edək ki, kubok 12 iyun tarixində final yarışından sonra qaliblərə təqdim olunacaq.


Müəllif: Aysel Azad