12 İyun 2022 15:11
8 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

Teleqraf.com xəbər verir ki, 51 dövrənin yekununda qalib bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.


Müəllif: Teleqraf.com