15 Dekabr 2022 11:37
6 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına başlanılıb.

Teleqraf.com-un xəbərinə görə, BŞH-nın milli mətbuat katibi Turab Teymurov deyib ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə xarici ölkələrdən çox qonaq gələcək:

"Artıq Bakı sendromu yaranıb və artıq bütün dünyada azərkeşlərin ən sevdiyi terminə çevrilib. Bu o deməkdir ki, hər il müxtəlif pilotlar qalib olur. Belə düşünürəm ki, bu il də Bakı sendromu davam edəcək. Bu bizim yarışımızı daha da maraqlı və unikal edir.

Eyni zamanda qeyd etmək istəyirəm ki, yarışın ilk 4 ilinin əsasında aparılan hesabat hazırlanmışdı. Bu hesabatda qeyd olunmuşdur ki, ölkəmizə birbaşa və dolayı yolla gələn gəlir 500 milyon dollardan çoxdur. Ölkəmizdə keçirilən sonuncu Formula 1 Azərbaycan Qran Prisi isə 60 milyondan çox izləyici tərəfindən izlənilib”.

Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı başlanılıb. İlk bileti isə İngiltərədən alınıb.


Müəllif: Tapdıq Qurbanlı