1 May 2014 12:37
2 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Sibir” komandasının futbolçuları növbəti məşqi yarımçıq tərk etməli olublar.

Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın məşq etdiyi “Spartak” stadionunun çimərlik geyimində olan gözəlçələr tərəfindən zəbt edilməsi olub. Gözəlçələrin kürəyində “N.A. qayıdın!” yazılmış şüar olub.

“Sibir”in xanım azarkeşləri bununla komandanın əsas sponsorlarından olmuş Nikolay Skoroxodovun yenidən kluba qayıtmasını tələb ediblər. “Sibir” Skoroxodovun dövründə uğurlu çıxış edərək Rusiya Premyer Liqasında mübarizə aparıb. Çimərlik geyimində olan xanımlardan biri olayı belə şərh edib:

“Biz bilirdik ki, həmin vaxt stadionda məşq olacaq. Bu hadisəyə əvvəlcədən hazırlaşmışdıq. Futbolçular bizi görüb özlərini itirdilər. Nəticədə məşq dayandırıldı. Ən əsası odur ki, klub rəhbərliyi bizim tələbimizdən agah oldu”.

Xanımlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə stadiona bir daha – amma bu dəfə minlərlə gözəlçə ilə qayıdacaqlarını bildiriblər.


Müəllif: