13 May 2014 14:35
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil nəhəngi BMW yeni lüks modelini testdən keçirib.

Məlumata görə, maraqla gözlənilən super idman versiyası "BMW i8"in test sürüşü Los Angelesdə reallaşıb.

BMW "i8"in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. Avtomobil sektorunda bir ilkə imza atan BMW-in bu avtomobillə bazara səs salacağı gözlənilir. "BMW i8"in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır.

Avtomobilin mühərriki 362 at gücünə malikdir. "BMW i8"in maksimum sürəti 250 kilometrdir.

"BMW i8" modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağı olacaq. Avtomobil 1,5 litr silindr həcminə malikdir. "BMW I8" 100 km məsafəni 4,5 saniyədə yığa bilir. /anspress/


Müəllif: