Qabon çempionatında oyun zamanı xoşagəlməz hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, “Bonqovil” klubunun qolkiperi Silveyn Azuki sonuncu turun oyunu zamanı ölüb.
Yayılan məlumatlara görə, qapıçının ölümünə səbəb rəqib komanda oyunuçunun onun başını bilməyərəkdən tapdalaması olub.
Azuki qapıya yaxınlaşan topun qarşısını alsa da, rəqib futbolçu sürətini saxlaya bilməyib və yerdə olan qapıçının başını tapdalayıb. Aldığı ağır xəsarətdən sonra qolkiper xəstəxanaya aparılarkən yolda keçinib.
Aygün İlqarqızı