21 İyun 2014 13:03
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının təsisatlar üzrə komitəsi qondarma Dağlıq Qarabağ respublikasına və Ermənistana yardım paketini təsdiqləyib.

ABŞ Senatında səverməyə çıxarılan 2015-ci ildə xarici ölkələrə maliyyə yardımının ayrılması barədə qanun layihəsinin 25 nəfər lehinə, 5 nəfər isə əleyhinə səs verib.

Komitə ABŞ-ın bir sıra ölkələrə, eləcə də Cənubi Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımının həcmi açıqlanmır. Lakin ermənipərəst senatorlar qondarma Dağlıq Qarabağ respublikasına 5 milyon ABŞ dolları dəyərində maliyyə yardımının ayrılmasını tələb ediblər.

Komitənin təsdiqlədiyi qanun layihəsi ABŞ senatında ümumi səsverməyə çıxarılacaq. Layihə qəbul olunarsa, ABŞ prezidenti onu imzalayacaq./anspress/


Müəllif: