9 İyun 2016 17:53
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bundestaqın qondarma erməni soyqırımı ilə bağlı verdiyi qərar tragikomik və səmimiyyətdən uzaqdır".

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak deyib.

Onun sözlərinə görə, bütün bu həmlələr yüksələn Türk dünyasınının etibarına və gücünə kölgə salmaq üçün hazırlanan oyunlardır: "Ermənistan bütün dünyanın gözü önündə Xocalıda azərbaycanlıları qətlə yetirib. Bu hadisə vaxtı Almaniya harada idi? İraqda, Suriyada yüz minlərlə insan öldürüldü və hələ də bu qətllər davam edir. Hər gün uşaqlar ölür, milyonlarla insan öz yurdlarından didərgin düşməyə məcbur olur. Bunlar durub bilmədikləri tarixi özləri yazmaq istəyirlər və özlərinin inanmadığı utopik "erməni soyqırımı" nağılına dəstək verirlər. Nə etmələrindən asılı olmayaraq, Türk dünyasının yüksəlişini dayandıra bilməyəcəklər.

Almaniyanın Yaşıllar Partiyasının üzvü Cem Özdəmirin bu qərara dəstək verməsini qınayırıq. Əsli türk olan birisinin belə bir qərarın lehinə səs verməsi utancvericidir".

Samir


Müəllif:

Oxşar xəbərlər