Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.
Bu barədə Teleqraf.com AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 04:53-də Zaqataladan 58 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 4.1, dərinliyi 3 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.