Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edir.
Teleqraf.com xəbər verir ki, tədbirdə problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, anti-korrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq.
Seminarda, habelə, Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq. Millət vəkili Məlahət İbrahimqızı Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırki durum barədə məlumat verəcək.
Nemət