“Azərbaycanın İsmayıllı, Tovuz, Şəki, Şamaxı və Göyçay rayonlarında baş verən təbii fəlakətlərin vurduğu ziyanın qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür”.
Teleqraf.com-un məlumatına görə, bunu Publika.az-a açıqlamasında Baş nazirin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
Abid Şərifov deyib ki, Azərbaycan hökuməti baş verən təbi fəlakətlə əlaqədar lazımı tədbirlər görür: “Hər zaman olduğu kimi, indi də lazımı tədbirlər görürük. Fikir verin, bu gün dünya dağılır, dünyanın hər yerində fəlakətlər baş verir. Ancaq Azərbaycanda vaxtında görülən tədbirlər nəticəsində şükürlər olsun ki, həmin hadisələr təkrarlanmır.
Ötən illər ərzində çaylarda fövqəladə hadisələrin qarşısının alınması üçün əvvəlcədən lazımı tədbirlər görülüb. Şükürlər olsun ki, bu illər ərzində elə ciddi daşqınlar baş verməyib”.
Abid Şərifov hazırda müşavirə keçirildiyini də vurğulayıb.