Bu gün Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb.
Teleqraf.com-un məlumatına görə, iclasın gündəliyinə Azərbaycan ilə İran və Koreya arasında imzalanmış sazişlərin və anlaşma memorandumunun təsdiqi, "Elm haqqında" qanun layihəsi (Üçüncü oxunuş), Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergilər Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna, "Dövlət rüsumu haqqında" qanuna və digər bir sıra qanunlara dəyişikliklər daxildir.
Qeyd edək ki, bəzi deputarların müraciəti əsasında Milli Məclisin bir neçə növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edilib.