14 İyun 2016 19:38
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Günü münasibəti rusiyalı həmkarı Vladimir Putinə təbrik məktubu göndərməklə barışıq üçün topu yenə Kremlə atıb. Şübhə etmirəm ki, Kremlin nəzarətindəki media qurumları bunu Ankaranın geri addımı - iqtisadiyyatdan və turizmdən itirdiklərindən duyduqları narahatlıq kimi ilə izah edəcəklər".

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Günü münasibətilə həmkarı Vladimir Putini təbrik etməsinə münasibət bildirərkən qeyd edib.

E.Şahinoğlu hesab edir ki, Ərdoğan yenə Putinə əlini uzatdı: "İndi Putin və onun mediası ya Türkiyəya qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın “ortaq komissiya qurulsun” təklifinə müsbət cavab verəcək. Avropa İttifaqı həm Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, həm də Türkiyəyə yenidən qapını göstərib. Yəni hər iki dövlət Avropadan və eləcə də, ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. İndi növbəti addımı Putin atmalıdır. Rusiya prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir. Göndərəcəkmi? Bunu zaman göstərəcək".


Müəllif:

Oxşar xəbərlər