Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü ərəfəsində qəbul edilən amnistiya aktının icrası başlanıb.
Teleqraf.com xəbər verir ki, amnistiya aktı ümumilikdə 10 min məhkumu əhatə edir. Onlardan 3500 məhbus cəzaçəkmə müəssisəsindən azad ediləcək.
Qeyd edək ki, qanunda amnistiya aktının müddəti 4 ay nəzərdə tutulub. Yəni amnistiya aktının təsiri altına düşən insanlar 4 ay müddətinə hissə-hissə azadlığa buraxılacaq.
Hacı Zeynalov