28 May Respublika Günü münasibətilə Amnistiya Aktının icrasına başlanıb. Teleqraf.com xəbər verir ki, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində qərarın icrasına start verilib.
Penitensiar Xidmətin rəis müavini general mayor Nizaməddin Cəlilov bildirib ki, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü əsasında qəbul olunan Amnistiya Aktının icrasına bu gündən başlanıb: "Qərar 10 min nəfərə şamil edilib. Onlardan 3500 nəfəri Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən buraxılacaqlar. 1 saylı Cəzaçəkmə Müəssisəsində 12 məhbus azadlığa buraxılacaq. Onlardan biri Gürcüstan vətəndaşıdır. Bu gün cəzaçəkmə müəssisələrindən 200 məhbus azadlığa buraxılacaq. Biz Amnistiya Aktının icrasına bayram günündə başladıq. Ümid edirik ki, məhkumlar bir daha cinayət törətməyəcəklər".
Məhbus Xəqani Ağayev qeyd edir ki, 14 ildir ciddi rejimdə cəza çəkir: "Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə həbs edilmişəm. Cəzamın bitməsinə 2 ay 17 gün qalmışdı. 14 ilin iki ayını özümlə aparıram".
Hacı Zeynalov