Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktı 7 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.
Teleqraf.com-un xəbərinə görə, Amnistiya Aktına düşən 17 nəfərdən 5-i bu gün azadlığa çıxıb. Digər məhkumlar qarşıdakı günlərdə azadlığa qovuşacaqlar.
Azadlığa buraxılanlar ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə azadlıqdan məhrum edilmiş Zaur Məlikzadə qeyd edib ki, o, cəzasının çəkilməmiş 1 il müddətindən azad edilib. Z.Məlikzadə vaxtından öncə azadlığa buraxıldığı üçün ölkə rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Milli Məclis tərəfindən qəbul edilmiş növbəti Amnistiya Aktının icrasına başlanılıb.
Hacı Zeynalov