“Formula-1 Avropa Qran-prisinin təşkilatçıları möhtəşəm infrastruktur yaradaraq, öz işlərini yerinə yetiriblər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri britaniyalı pilot, "McLaren Honda" komandasının üzvü Censon Batton bildirib.
"Vəziyyətin necə inkişaf edəcəyini gözləyək. Məşqlərin başlamasını səbirsizliklə gözləyirəm, lakin məni bəzi döngələr narahat edir. Ancaq Bakı trasının bəzi hissələri çox maraqlıdır”.