22 İyun 2016 12:41
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərinin tərəvəz bazasında 43 yaşlı azərbaycanlı biznesmen Maarif İsmayılovu qətlə yetirən Emil Hüseynovun yeni görüntüləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Marifi öldürdükdən sonra qaçmağa çalışan 27 yaşlı Emil Hüseynov baza mühafizəçiləri tərəfindən yaxalanıb.

Həmin anlar həvəskar kameralar tərəfindən lentə alınıb. Mühafizəçilər və baza işçiləri Emil Hüseynovu yaxaladıqdan sonra döyüblər. Hadisə yerinə gələn polis Hüsyenovu əvvəlcə xəstəxanaya, oradan isə bölməyə aparıb.

İlkin dindirilmə zamanı Emil Hüseynov cinayəti etiraf edib və sifarişli qətlə görə ona 10 milyon rubl veriləcəyini deyib. Faktla bağlı cinayət işi başlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər