22 İyun 2016 19:48
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nasist rejiminin xidmətçisi, Hitlerin dostu olan erməni general Qarigen Njdeyə İrəvanda abidənin qoyulması beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqla qarşılanıb.


Publika.az xəbər verir ki, “Facebook” və “Twitter” sosial şəbəkəsində Ermənistanın “qəhrəman” kimi təqdim etdiyi Q. Njdenin əsil kimliyini ifşa etmək üçün səhifələr yaradılıb.

“Facebook”da “Fascist Garegin Nzhdeh” (https://www.facebook.com/Fascist-Garegin-Nzhdeh-988692624560046/ ), “Twitter”də isə “Fascist Nzhdeh” (https://twitter.com/FNzhdeh) adı ilə yaradılan səhifələrdə Qarigen Njdenin nasizmə xidmətləri, II Dünya müharibəsi zamanı yəhudilərə və digər millətlərə qarşı qətliamlar törətdiyinə dair tarixi faktlar paylaşılır. Həmçinin, Ermənistan hakimiyyətinin bu nasist generalını “qəhrəmanlaşdırması”nın səbəbləri haqda məlumatlar yayılır.

Qeyd edək ki, Q. Njde Vermaxtın cəza legionunun yaradıcısı olub. Bu legion Njdenin rəhbərliyi altında Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törədib. Tarixi məlumatlara görə, legion təkcə Krımda 20 min insanı məhv edib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovskiy sentral” həbsxanasında ölüb. Erməni nasist indiyə qədər bəraət almayıb.


Xatırladaq ki, Rusiya Federasiyasının təşəbbüsü ilə 17 dekabr 2015-ci ildə BMT-nin Baş Assambleyası nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən 70/139 saylı qətnamə qəbul edib. Ermənistan bu qətnaməyə imza atsa da, faşizm üzərində qələbənin 71-ci ildönümü ərəfəsində nasizmə xidmət edən Njdeyə İrəvanın mərkəzində abidə ucaldıb. Abidənin açılışında Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.


Ermənistan hakimiyyətinin bu addımı Rusiya, İsrail, Azərbaycan və dünyanın bir çox ölkələri tərəfindən sərt tənqid olunub. Erməni rəsmiləri isə Qarigen Njdenin erməni xalqı üçün “qəhrəman” olduğunda israr edirlər.


Müəllif:

Oxşar xəbərlər