Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş və Göyçay rayonlarında 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, yeni evlərin təqdim olunması zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulanıb.
Qeyd olunub ki, Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində bu istiqamətdə məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən keçən il 281 nəfər, cari ilin ötən dövründə isə 200 nəfərdən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib.
Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması yönündə işlər davam etdirilir. İnşa olunan hər bir evdə müasir tələblərə uyğun normal yaşayış şəraiti yaradılır.
İlhamə ƏBÜLFƏT