23 İyun 2014 12:01
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kurtlar vadisi”ində Abdulhey rolunu canlandıran Kənan Çoban serialdan ayırılır.

Bu barədə Kənan Çoban özü qərar verib.

Abdulhey ayrılmaq barədə qərarını serialın bu mövsümdəki son bölümünün çəkilişləri zamanı verib. Lakin Necati Şaşmaz onu fikrindən daşındırmağa çalışıb. Ona görə də serialın son bölümündə filmi elə çəkiblər ki, Abdulheyin ölüm-ölmədiyi dəqiq bilinmir. N.Şaşmaz ümid edir ki, Abdulheyi bəlkə də verdiyi qərarı dəyişdirər.

Türkiyə mətbuatında yer alan məlumata görə, Abdulhey artıq yeni serialda oynayacağı ilə razılığa gəlib. Yeni serialın senaristləri bir vaxtlar “Kurtlar vadisi”nin senarisini yazmış Bahadır Özdener və Cüneyt Aysandır.

Sentyabr ayında yayımlanacaq serialda Abdulhey narkotik qaçaqmalçılarına qarşı mübarizə aparacaq.


Müəllif: