24 İyun 2016 13:07
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gənclər və idman naziri Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, Tarix muzeyində baş tutan qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Müraciətlər əsasən gənclər, idman, tikinti, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminat sahələrini əhatə edib.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər arasında fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər