29 İyun 2016 11:37
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktına görə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus təyyarənin ləğv edilmiş reysinin uçuşu bu gün Bakı vaxtı ilə saat 13.00-a planlaşdırılır.

AZAL-ın mətbuat xidmətinin katibi Paşa Kəsəmənski bildirib ki, təyyarə dünən saat 23.30-da uçmalı idi və bütün sərnişinlər təyyarədə idi. Lakin İstanbul Hava Limanının terminalında törədilmiş terror aktına görə reys təxirə salınıb.

P.Kəsəmənski deyib ki, İstanbulun Atatürk Hava Limanı artıq fəaliyyətini bərpa edib. Bu gün səhər 8.45-də AZAL-ın təyyarəsi Bakıdan İstanbula uçub. Bu təyyarə Bakı vaxtı ilə saat 13.20-də geriyə dönəcək.

Mətbuat katibi, həmçinin məlumat verib ki, dünən İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktından azərbaycanlı sərnişinlərdən və AZAL-ın əməkdaşlarından heç kəs zərər çəkməyib.

Xatırladaq ki, terror aktı nəticəsində 36 adam həlak olub, çoxlu yaralanan var. ("Azərtac")


Müəllif:

Oxşar xəbərlər