Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, ötən gecə İstanbulun Atatürk Hava Limanında baş verən terror hadisəsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Atatürk Hava Limanında üç terrorçu-kamikadzenin özünü partlaması nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.