6 İyul 2016 10:37
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sevindirici haldır ki, Ramazan bayramı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınan, günü-gündən inkişaf edən ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur”.

Teleqraf.com-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan xalqına ünvanladığı təbrikdə bildirib.

Təbrikdə deyilir: “Əziz dostlar! Sizi mərhəmət, xeyirxahlıq, birlik və bərabərliyi tərənnüm edən mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ramazan ayı mənəvi paklığın, qardaşlığın, sülh və əmin-amanlığın rəmzidir. Qoy bu müqəddəs ayda edilən saf dualar Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan öz mərhəmətini xalqımızın üzərindən əskik etməsin".

Bəkir


Müəllif: