24 İyun 2014 11:55
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Ukraynadakı hazırkı vəziyyətlə bağlı təklif irəli sürüləcək

Azərbaycan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək.

Teleqraf.com bildirir ki, S. Narışkin ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyasında iştirak etmək üçün Bakıya gələcək.

Duma sədrinin səfərinin 28 iyun tarixində baş tutacağı bildirilir. Narışkin Bakıda keçiriləcək iclas zamanı Ukraynadakı hazırkı vəziyyətlə bağlı beynəlxalq konfrasın təşkil edilməsi barəsində təklif irəli sürəcək.

Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə Assambleyanın yay sessiyasının plenar iclası başlayacaq./ans press/


Müəllif: