24 İyun 2014 14:26
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edilib. Ötən gecə dörd naməlum şəxs Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsinə gələrək 26 yaşlı növbə rəisi Elvin Kərimov və 21 yaşlı operator Röyal İsmayılova küt alətlə zərbələr vuraraq kassada olan 5000 manat pulu aparıb. Cinayətkarlar maskalı olublar və əllərində tapançaya oxşar əşya olub.

Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Müəllif: