Ötən gecə Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsinə yerli məşhurlar da biganə qalmayıb, sosial şəbəkələr vasitəsilə fikirlərini ifadə ediblər.
Teleqraf.com həmin fikirləri təqdim edir:
Müğənni Tünzalə Ağayeva: “Azərbaycan səninlədir, Türkiyə. Ya Rəbb, Türkiyəmizi fitnədən, qan tökülməsindən qoru, dualarımız səninlədir, qardaş Türkiyə”.
Müğənni Nisə Qasımova: “Allah şəhid olanlara rəhmət eləsin. Amin”.
Müğənni Faiq Ağayev: “Qardaş Türkiyədə baş verənlər lap Qorbaçovun "devrilməsi"nə, QKÇP-yə çevrildi. Siyasi oyunların qurbanı isə yalnız zavallı xalq olur. TC olsun, Atatürk Türkiyəsi olsun, güclü olsun Anadolu!”
Hazırda Antalyada dincələn bəstəkar-müğənni Murad Arif: “Biz yaxşıyıq. Amma ümumi durum olaraq, Türkiyə yaxşı deyil. Bəzən, bir sükut və bir dua qaranlıqları aydın edər. Bu sükutun içində duam Türkiyə üçün. Günaydın...”
Aktrisa Firəngiz Mütəllimova: Türkiyənin prezidenti Ərdoğanın videosunu paylaşaraq yazıb: “Səhərə qədər sizin İstanbula gəlişinizi türk qardaşlarımızla birgə biz də gözlədik. Qardaş ölkəmizə səhər saatlarına kimi dua etdik. Türk xalqı və cənab R.T.Ərdoğan, sizə halal olsun. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı”.
Yenicə dördünü övladını dünyaya gətirən müğənni Elnarə Xəlilova: “Səhəri pis xəbərlə açmaq istəməzdim. Amma bu gecə qardaş Türkiyədə dövlət çevrilişi etmək istəyiblər. Hərbçilər tanklar və F1 qırıcıları ilə Ankara küçələrinə çıxıblar. Ankara hava limanı, Milli Məclis binasını, TRT-nin binasını silah gücünə tutublar. Sivil vətəndaşlar əliyalın küçələrə çıxıb, özlərini tankların altına atıblar. Lap 20 Yanvar yadıma düşdü. Allahım, bu qarışıqlığa son qoy, nə olar, türkə, müsəlmana özün kömək ol. Hər kim ki, bu fitnə -fəsadı törədir ona fürsət vermə, ilahi. Yeri gəlmişkən, TRT əməkdaşı ilə danışdım, indicə. Yazıqları səhərə kimi binada silah gücünə dustaq saxlayıblar. Türk qardaşlarımız Allah özü kömək olsun”.
Müğənni Lalə Məmmədova: “Dualarımızda Türkiyə”.
Müğənni Ayan Babakişiyeva “İnstaqram”da Boğaziçi Körpüsünün şəklini paylaşaraq, bunları yazıb: “İki gün bundan öncə bu şəkli özüm çəkmişdim və ürəyimdə İstanbulun necə gözəl, necə hüzurlu olduğunu deyirdim ona. Amma gecə baş verən bu hadisə, o silah və bomba səsləri, insanların bağırması, küçədə qaçmaları, hər kəsin evinə necə yeyəcək alma təlaşı çox qorxutdu, çox sarsıtdı məni. Eləcə də hər kəsi. Amma bir şeyə yenə əmin oldum ki, xalq çox qüdrətli, qorxmaz, vətəni və milləti üçün canından keçən xalqdır. Hər şey bitti. Allah sonumuzu xeyir etsin, şükür sakitçilikdi”.
Müğənni Aybəniz Haşımova: “Türkiyədə çevriliş edənlərə ar olsun ki, ölkəni Qərbin fitnəsi ilə dağıtmaq istəyirlər. Amma alınmayacaq. Yaşasın türk xalqı”.
Aparıcı Hacı Nuran: “Türkiyə, biz səninləyik”
Aktrisa Hüsniyyə Mürvətova: “Allah türkü qorusun. Amin”.
Bəstəkar-müğənni Elza Seyidcahan: “Türkiyəmiz biz səninləyik”.
Rəqsanə: “Allah özün kömək ol. İnanın xəbəri gec bildim, gözümə yuxu getmədi. Balam ordadır. Allah, qardaş qırğını tökmə”.
Müğənni Roza Zərgərli: “Allahım, qoru qardaşlarımızı. Dayanın, sizi bölmək istəyənlərə yol verməyin. Türkiyə. İki dövlət bir millət. Qardaş savaşına son”.
Müğənni Samir Piriyev: “Allah türkü və türk dünyanısını qorusun. Amin”.
Pərvin