16 İyul 2016 12:02
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın aşağıdakı reysləri təxirə salınıb.

J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara

Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Türkiyə kurortlarına AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir. (Trend)


Müəllif: