"Dünən axşam təəssüf ki, Türkiyədə dövlət çevrilişinə cəhd göstərildi. Bu cəhdi göstərən Türkiyə Silahlı Qüvvətləri daxilində bir qrup idi. Amma bu, təbii ki, Türkiyə Silahlı Qüvvələrinin bütünlüklə iştirak etdiyi hadisə deyil".
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfir İsmayıl Alper Coşqun jurnalistlərə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, hadisələr zamanı içərisində xalqın təmsilçilərinin olduğu, Türkiyə demokratiyasının qanuni təzahürünün gerçəkləşdiyi bir məkan – parlament binası bombalandı, digər qurumlar hücumlara məruz qaldı: "Qiyamçıların bu hərəkətlərinə tək bir sözlə qiymət vermək olar: Bu, Vətənə xəyanətdir və bu hadisələrin arxasında dayananlara, şübhəsiz ki, ən ağır cəza veriləcək. Türkiyə xalqı bu xəyanətkarlığa qəti şəkildə qarşı çıxdı, ölkəsinə, demokratiyasına sahib çıxdığını nümayiş etdirdi, qətiyyətlə qiyamın qarşısında durdu. Bu hadisələr, həmçinin bir daha sübut etdi ki, Türkiyə dövləti, demokratiyası çox güclüdür. Heç kimin şübhəsi olmasın ki, Türkiyə getdikcə daha da güclənərək". ("Azərtac")