25 İyul 2016 12:11
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını oxuyub.

F.Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.

***

Bu saatda Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılır.

İclasda Referendum Aktı layihəsinə Fərhad Abdullayevlə yanaşı daha səkkiz hakim iştirak edir.

İclasda Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev də iştirak edir.

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.

Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsini və digər məsələləri nəzərdə tutur.

Nemət


Müəllif:

Oxşar xəbərlər