Gənclər və İdman Nazirliyi antidopinq qanunvericiliyində bəzi dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclisə təkliflərini təqdim edib.
Teleqraf.com xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təkliflərdə qeyd edilir ki, dopinq vasitələrindən və ya metodlarından istifadəyə məcbur etmə 1000 manatdan 5 min manatadək cərimə və ya 2 ilədək müddətdə islah işləri ilə cəzalandırılsın. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barədə törədildikdə 2 ilədək azadlıqdan məhrum edilmənin olması təklif edilir.
Təkliflərə əsasən, dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılmasına görə 2 ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 102 min manatadək, hüquqi şəxslər 202 min manatdan 303 min manatdək məbləğdə cərimə edilsin.
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə 1000 manatdan 2000 manatdək məbləğdə cərimə edilir.
İlhamə