25 İyul 2016 13:20
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dopinqlə bağlı idmançılara psixoloji təzyiq göstərmək düzgün deyil. İdmançıları yoxlayan qurumları, bizi, yəni nazirliyi, olimpiya komitəsini yoxlamaq lazımdır. Bizi yoxlamaq lazımdır ki, görsünlər biz idmançıları necə yoxlayırıq, bu işi necə təşkil edirik. Siz bizi yoxlayın və bizdən tələb edin".

Teleqraf.com xəbər verir ki bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

A.Rəhimov deyib ki, gələcəkdə dopinqin bir alət və ya vasitə kimi siyasətdə və digər məsələlərdə istifadə edilməsindən çox narahatdır.

Nazir qeyd edib ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və Paraolimpiya Oyunlarına gedəcək bütün idmançılar dopinq analizindən keçib: "Bütün analizlər WADA-nın dopinq testindən keçib. Ən sonda boksçuların qan analizləri Köln laboratoriyasında yoxlanılıb və qəbul edilib: "Dopinqlərdən keçməməyimizlə bağlı beynəlxalq təşkilat tərəfindən səslənən fikirlər düzgün deyil. Bu yanaşma səhvdir".

Nazir onu da qeyd edib ki, oyunçuların təhlükəsizliyi ilə bağlı heç bir narahatçılıq yoxdur: "Onlar avtobuslarla aparılıb gətiriləcək. Bircə turistlərlə bağlı narahatlıq var. Onlara da bildiriləcək ki, polislər tərəfindən tam qorunmayan yerlərə getməsinlər. Komandamızın bir hissəsi 12-15-də Bakıya qayıdacaqlar. Artıq çox qalmağa ehtiyac yoxdur".

İlhamə


Müəllif:

Oxşar xəbərlər