26 İyul 2016 14:21
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəlimxan Məmmədli: “Gürcüstan iqtidarı ciddi xətaya yol verdi”

“Gürcüstanın indiki İvanişvili iqtidarı səhvə yol verdi. Azərbaycan, Borçalı türklərinin mədəniyyətinə, Elat bayramına, milli bayrağa hörmətsizlik nümunəsi nümayiş etdirdilər. Danışıqlarda əldə olunmuş razılaşmaları pozaraq Elat bayramına aidiyyəti olmayan “Dmanisoba” kimi eqoist, cıllz layihə təqdim edib, milli mədəniyyətimizə dözümsüz yanaşaraq, diskriminasiya nümunəsi göstərdilər”.

Teleqraf.com xəbər verir ki, bu haqda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli sosial şəbəkədə yazıb.

Z.Məmmədli qeyd edib ki, “Borçalı” Cəmiyyəti bu səbəbdən Elat bayramının qeyri-müəyyən müddətə təxirə salındığını və bu gün Dmanisi rəhbərliyinin təşkil etdiyi tədbirin isə Elat bayramına heç bir aidiyyətinin olmadığını bəyan edib.

Eyni zamanda “Borçalı” Cəmiyyəti və Elat bayramına gəlmiş soydaşlarımız və qonaqlar adından bu addıma görə Gürcüstanı tənqid edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər