Human Rights House Yerevan hüquq-müdafiə şəbəkəsi Ermənistan polisini Yerevanda dinc kütləvi aksiya iştirakçılarının “hüquqlarını pozmaqda” və “səlahiyyətlərini aşmaqda” günahlandırır.
Teleqraf.com BBC-yə istinadən xəbər təşkilat iyulun 27-i səhəri Yerevanda həbs olunan mitinq iştirakçılarının “polis şöbəsindən buraxıldıqdan sonra yoxa çıxması ilə bağlı” narahat olduğunu bildirir.
Təşkilatın bəyanatında deyilir ki, saat 3:00 radələrində tutulub şəhər polis idarəsinə aparılan şəbəkənin üzvü, Gümri “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan, polisin məlumatına görə, saat 6:30-da sərbəst buraxılıb, lakin “indiyədək onun harada olduğu nə həmkarları, nə də ailə üzvlərinə məlumdur”.
Human Rights House (HRH) Yerevan bəyan edir ki, Levon Barseğyandan başqa iyulun 27-nə keçən gecə Böyük Tiqran və Xorenatsi küçələri və ətraf ərazilərdən onlarla vətəndaş saxlanıb, o cümlədən, “mülki geyimli şəxslər tərəfindən oğurlanıb”
“Bəzi sakinlərin şəxsi mənzillərindən qaçırdılması halları da qeyd olunub”, - HRH Yerevan şəbəkəsinin bəyanatda deyilir.
HRH Yerevan bəyan edir ki, vətəndaşların xəbərdarlıq edilmədən və hüquqi əsasları izah edilmədən həbs edilməsi qeyri-qanunidir, və iyulun 17-dən bəri polis qüvvələrinin dinc əhaliyə və fəallara qarşı qeyri-qanuni hərəkətləri davam etməkdədir.
“Heç bir siyasi şərait və səbəb” polis tərəfindən insan haqları və azadlıqlarının tapdalanmasına bəraət qazandıra bilməz, deyilir HRH Yerevan şəbəkəsinin bəyanatında.
Təşkilat polis “özbaşınalığından zərər çəkənlərə” hüquqi yardım göstərməyə hazır olduğunu bildirir.