28 İyul 2016 19:52
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğon Milli İstikbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı qəbul edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, müzakirələr 15 iyul dövlət çevrilişinə cəhd, bu zaman əldə edilən kəşfiyyat məlumatları, bundan sonra atılacaq addımlar istiqamətində olub.

Daha sonra prezident Türkiyə Silahlı Qüvvələri Ali Hərbi Şurasının üzvləri ilə bir araya gələcək, onların şərəfinə şam yeməyi verəcək.

Qeyd edək ki, hazırda Türkiyə ictimai-siyasi həyatında ən maraqlı fiqur kimi Hakan Fidanın adı çəkilir. Belə ki, MİT-də iyulun 15-i saat 16.00-radələrində ordu daxilində hərəkətlənmənin olacağı haqda informasiya olsa da, qabaqlayıcı addımlar atılmayıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər