Yerevandakı aksiyaları işıqlandırmaq üçün bu ölkəyə ezam olunmuş rusiyalı jurnalist ermənilərin hücumuna məruz qalıb. Erməni qadın rusiyalı jurnalistə hücum çəkərək onun ölkəsini Ermənistana dəstək verməməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, erməni qadın Rusiyanın Krımı işğal etdiyini xatırladaraq Dağlıq Qarabağ məsələsində İrəvana köməklik göstərmədiyini deyib. "Siz də türksünüz, siz də türk qanı var" deyə erməni qadın jurnalistə hücum çəkib.