2 Avqust 2016 22:11
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxtəlif media orqanlarında şirkətimiz Petkim Neft-Kimya Holdinq A.Ş.nin Aliaqa tədris korpusunda istintaq keçirdiyinə dair xəbərlər yer alıb. Bildirmək istəyirik ki, bu proseslərin şirkətimizin fəaliyyətinə heç bir təsiri yoxdur. İlin 365 günü durmadan fəaliyyət göstərən Petkim-in işi normal davam edir”.


Teleqraf.com-un məlumatına görə, bu barədə Petkim İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında bildirlir.

Açıqlamada bildirilir ki, Petkim-in 2016-cı il üçün bazar dəyəri 2,2 milyard dollar təşkil edir: “60-a yaxın müxtəlif növ xammal məhsulu istehsal edən və Egey Dənizi bölgəsinin ən böyük ixracatçısı olan Petkim məhsulunu 50-dən çox ölkəyə ixrac edir. Petkim-in məhsulları Türkiyədə 6 min sahibkar tərəfindən istifadə edilir. 50 ildən artıqdır ki, Türkiyə üçün məhsul istehsal edən Petkim, 150 min nəfərə qədər adamı işlə təmin edir”.

“Türkiyə Cümhuriyyəti hökumətinə, iqtisadiyyatına və sabitliyinə etibarımız güclüdür. Rəhbərlik olaraq, baş verən hadisələrdə Türkiyənin özəl və dövlət sektorlarındakı bir çox müəssisə və təşkilatlarında aparılan araşdırma prosesi çərçivəsində hüquq-mühafizə orqanlarına hər cür kömək göstəririk. Biz Petkim olaraq, bu dövlət üçün çalışmağa davam edəcəyik və prosesin başa çatdırılması üçün hökumətimizlə tam əməkdaşlıq şəraitində lazım olan hər şeyi edəcəyik”, - deyə açıqlamada bildirilir.


Müəllif:

Oxşar xəbərlər