25 İyun 2014 14:17
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“28 May” Metrostansiyanın əsas girişinin nə vaxt açılacağı dəqiq bilinmir.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu barədə məlumat verib

Onun sözlərinə görə, hazırda “28 May” stansiyasının əsas girişində təmir işləri davam edir.
“Lakin işlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt deyə bilmərəm” deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mart ayında bəyan etmişdi ki, “28 May” stansiyasında təmir işləri demək olar ki, bitib və metrostansiyasının əsas girişi may ayında istismara veriləcək.

“28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb./anspress/


Müəllif: