Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Teleqraf.com xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Bakının Nərimanov rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Bu Masallı rayon polis şöbəsinin rəisi, polkovnik Nəriman İmanovdur.
Nəriman İmanov nazrin əmiri ilə Masallı rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilərək Nərimanov rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Nəriman İmanov 4 il Masallı rayon polis şöbəsinin rəisi olub. O, həmin vəzifədən əvvəl Tərtər rayon polis şöbəsinin rəisi vəzifəsini icra edib.
Hacı Zeynalov