25 İyun 2014 16:08
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayxan Məmmədova oğurluq ittihamı irəli sürülüb və 3 il 6 ay həbs verilib.

2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib.

Bu barədə redaksiyamıza özünü A.Məmmədovun dostu kimi təqdim edən Orxan adlı şəxs məlumat verib. Dostu bildirdi ki, A.Məmmədov barədə bu gün Binəqədi rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb.

“Favorit” marketdə oğurluq etdiyi iddiası ilə ona qarşı açılan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb və A.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dostunun bildirdiyinə görə, A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb.

S.Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını dostuna verib. /Musavat.com/


Müəllif: