13 Avqust 2016 15:10
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana keçmək istəyən erməni saxlanılıb.

Bu barədə Teleqraf.com-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi H.Agetsyana baş çəkməsi üçün Dövlət Komissiyası tərəfindən məlumatlandırılıb.

***

12.08.2016, 17:47

Avqust ayının əvvəlində Sədərək rayonu ərazisinə Ermənistanla sərhəddən keçmiş erməni hərbiçilərimiz tərəfindən saxlanılıb.

Teleqraf.com Veteninfo.az-a istinadən xəbər verir ki, Sədərək rayonu ərazisində saxlanılmış erməni 1954-cü il təvəllüdlü, Artaşat rayonunda yaşayan Henrik Agetyan olduğunu bildirib.

Ruhi xəstə olduğu güman olunan Henrik Agetyan Naxçıvan ərazisinə müalicə almaq məqsədi ilə gəldiyini deyib.

Ermənistanda acınacaqlı durumun hökm sürdüyünü və səhiyyə sistemlərinin bərbad vəziyyətdə olduğunu bildirmiş Agetyanın dediyinə görə, yaşadığı Artaşat rayonu ərazisində də yayımlanan Naxçıvan televiziyasında muxtar respublikanın səhiyyə və tibb ocaqları haqqında proqram izlədikdən sonra mualicə almaq üçün buraya keçmək qərarına gəlib. Agetyan Ermənistanda müalicə olunmaq üçün həkim tapmadığını, bu məqsədlə də Sədərək rayonu ərazisinə keçdiyini deyib.


Müəllif:

Oxşar xəbərlər