13 Avqust 2016 13:29
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonundakı “BİG” Store ticarət mərkəzində baş verən yanğın nəticəsində tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıb.

Bu barədə Trend-ə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı şöbəyə 10 nəfər zəhərlənmə ilə müraciət edib. Müraciət edənlərdən 5 nəfər azyaşlı olub: "Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".

***

Sabunçu rayonunda ticarət mərkəzində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 m2 olan “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb.

Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:

Oxşar xəbərlər