Avqustun 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində sui-qəsdə məruz qalan kriminal aləmin əfsanəvi liderlərindən olan Rövşən Lənkəranski ilə bağlı təzadlı məlumatlar yayılıb. Onun öldüyü haqda informasilayalar təkzib edilərək, yaşadığı iddia olunur. Azərbaycan mediası bu xəbərləri bir neçə saatdır ki, tirajlayır.
Bəs gerçək necədir? Lənkəranski ölüb, yoxsa yaşayır?
Musavat.com bu sualla bir neçə ünvana müraciət etsə də səhih məlumat ala bilməyib. Lakin Azərbaycanın İstanbuldakı konsulluğundan məsələyə aydınlıq gətirilib. Konsulluqdan saytımıza bildirilib ki, bir neçə dəqiqə öncə R.Lənkəranskinin yerləşdirilidiyi xəstəxanadan zəng gəlib. Bildilib ki, ağır yaralı olan Rövşən Əliyev həyatını itirib. Cənazə xəstəxanadan konslulluğa göndərilib, hazırda orada sənədləşdirmə işləri aparılır.
Prosedurlara görə, xarici ölkədə vəfat edən şəxsin meyiti onun ölkəsinin konsulluğuna təhvil verilir, sonra da müvafiq sənədləşdirmə işləri aparılaraq cənazə mərhumun yaxınlarına təhvil verilir. Bundan sonra ölənin nəşi hava limanına aparılır, orada gömrükdən və sərhəd xidmətindən keçməklə ölkəsinə yola salınır.
Deyilənə görə, yaxın saatlarda R.Lənkəranskinin tabutu təyyarə ilə Azərbaycana gətiriləcək, oradan da doğulduğu Lənkəran şəhərinə aparılacaq.