Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin cənazəsi doğulduğu rayona gətirilib.
Teleqraf.com-un hazırda Lənkəranda olan müxbirinin verdiyi məlumata görə, mərhumun nəşi Kiçik Bazar adlanan məhəllədə yerləşən İmam Hüseyn məscidinə aparılıb. Məsciddə dini rituallar yerinə yetirildikdən sonra cənazə Lənkəranskinin ata yurduna aparılacaq. Dəfn mərasiminin sabah gerçəkləşəcəyi bildirilir.
Lənkəranlılar kriminal avtoritetin cənazəsini Allahu Əkbər sədaları ilə qarşılayıblar.
Teleqraf.com olay yerindən çəkilən görüntüləri təqdim edir.
Nemət