19 Avqust 2016 11:25
6 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.


O, Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

İnsanlar məzarlığın yanındakı yas çadırında mərhumun ruhuna dualar oxuyurlar.



***

Dünən Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə Lənkaranda yas mərasimi keçirilir.

Teleqraf.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar yas mərasiminə gəlirlər.

"Oğru qardaşları" Lənkəranskinin adına əklil hazırlatdırıblar.

***

Kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevin cənazəsi bu gecə saat 12:00-da Lənkəran hava limanına gətirilib.

Burada cənazəni qarşılamaq üçün minlərlə Lənkəran sakini toplaşıb. Cənazə hava limanından “Allahu əkbər” çağırışları ilə çıxarılıb və Kiçik Bazar Məhələsindəki İmam Hüseyn məscidinə gətirilib.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, məscidin qarşısında minlərlə insan toplaşıb. Öncədən təşkilati işlər görülüb.

Belə ki, insanlar on-on məscidin içərisinə buraxılıb və beləcə lənkəranlıların Rövşən Canıyevlə vida mərasiminə start verilib. Lənkəranskinin nəşinin qoyulduğu yerə qədər gənclərdən ibarət canlı dəhliz yaradılıb. İnsanlar dəhlizdən keçərək Lənkəranski ilə son dəfə vidalaşıb.

Təxminən saat 00:30-da başlayan vida mərasimi zamanı Heydər Əliyev prospektinin müəyyən hissəsi avtomobillərlə dolu olduğu üçün bağlanıb. Vida mərasimi gecə saat 03:00 radələrinə qədər davam edib. Saat 04:00-da isə məscidin qarşısında insan sayında azalma müşahidə edilib.

Vida mərasiminin son anlarında isə məscidə Mercedes-Qalenvaqen markalı avtomobillə xüsusi qonaqların gəldiyi diqqəti cəlb edib. Qeyri-rəsmi məlumata görə, qonaqlar Lənkəranskinin yaxın dairəsinə daxil olan şəxslər olub. Onlar vida dəhlizindən keçdikdən az sonra ərazini tərk ediblər.

Səhərə yaxın isə vida mərasimi başa çatıb və əsas diqqət səhər saatlarında təşkil ediləcək dəfn işlərinə yönəldilib.

Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Teleqraf.com-a açıqlamasında deyib ki, Rövşən Lənkəranskinin cənazə namazı səhər saat 10:00-da məsciddə qılınacaq, daha sonra Lənkəranskinin nəşi Kiçik Bazar məzarlığına aparılacaq. Yolüstü Lənkəranskinin nəşi ata evində 10-20 dəqiqə saxlanılacaq. Bundan sonra isə dəfn üçün qəbiristanlığa gediləcək.

Bundan başqa Lənkəran axundu məscidi tərk edərkən həyətin səliqəyə salınması haqda tədbirlər görmək üçün də müəyyən tapşırıqlar verib.

Son xəbərə görə, Lənkəranskinin hüzr məclisi İmam Hüseyn məscidinin həyətində qurulacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər