27 İyun 2014 12:58
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kərkükdə baş verənlər Milli Məclisdə müzakirə edilsin”

Bunu VHP sədri Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışı zamanı deyib. Deputat bildirib ki, ikili standartlar davam edir: “İraqda türkmənlərə qarşı təzyiqlər var. Onlar öz torpaqlarında kürd kəndlərinə sığınıblar. Biz bu məsələdə susa bilmərik, onlar bizim bir parçamızdır. Azərbaycan Prezidenti də haqlı olaraq özünü 50 milyonluq azərbaycanlının prezidenti sayır. Hesab edirəm ki, Milli Məclis Kərkük və Mosulda baş verənlərlə bağlı mövqeyini ifadə etməlidir. Biz müharibə etməməliyik, amma bu insanlara yardım etməliyik. Bu insanlar tarixin görmədiyi bir fəlakət içində yaşayırlar”.

Nemət


Müəllif: