28 İyun 2014 11:34
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Space” televiziyasının 3 əməkdaşı işdən çıxıb.

“Hər gün” proqramının aparıcısı Nərminə Məmmədova, proqramın müxbiri Simnarə Həmidqızı və verilişin digər əməkdaşı Mümtaz Arifoğlu telekanaldakı işlərindən ayrılıblar.

Bu barədə jurnalistlər Feysbuk səhifələrində də yazıblar.

Aparıcı Nərminə Məmmədova bildirib ki, işdən çıxması şəxsi səbəblərlə bağlıdır:

“Bu gün 5 il çalışdığım Space Tv-dən ayrıldım. Tamamilə özəl səbəblərdən dolayı. Gözəl məkan, gözəl insanlar, gözəl kollektiv. Hər birinizə hörmətim sonsuzdu. Yaxşı ki sizi tanıdım, hər birinizin xətri əzizdi, hər biriniz mənimçün çox doğmasız. 5 il az müddət deyil. Bu 5 ili çox gözəl, yaddaqalan günlər yaşadıq, bir ailə olduq. Space mənə gözəl, dəyərli dostlar qazandırdı. Bugün məni ekran başından izləyən tamaşaçılarımla da son dəfə sağollaşdım. Bu da son iş günümdə dəyərli insanlarla son şəkil. Hamınız məni gözəl tanıyırsız, sadiq insanam və həmişə demişəm, bir də təkrar edirəm, dostluqlar, yoldaşlıqlar məkanlarla məhdudlaşmır”.

Simnarə Həmidqızı da telekanalla vidalaşdığını qeyd edib:

“Yolum bura qədərmiş. Düz 5 il çalışdığım Space TV ilə vidalaşdım. Necə deyərlər, yolum açıq olsun”.

Qeyd edək ki, qısa müddət öncə də “Hər gün” xəbərlər buraxılışının digər aparıcısı Şəbnəm Hümbətova işdən çıxmışdı.

AzVision.az


Müəllif: