Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğulayıb.
E.Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.
Nazir iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkür edib.
Səxavət