Bakıda yerləşən ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi hazırda müzakirə mövzusu deyil.
Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu məsələ ilə bağlı məlumatların Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur və qeyd olunan məsələ hazırda müzakirə mövzusu deyil: "Bu məsələ ətrafında diqqəti cəlb edən amil ondan ibarətdir ki, analoji məlumatlar bir neçə aydan bir dövriyyəyə gətirilir. Həmin məlumatı yayanların onların şərhi ilə də məşğul olması daha doğru olardı".
İlhamə